Skripalın yaşadığı ev, getdiyi restoran söküləcək

Skripalın yaşadığı ev, getdiyi restoran söküləcək
  10 Aprel 2018    Oxunub:1211
Keçmiş rusiyalı casus Sergey Skripalın yaşadığı ev, onun qızı Yuliya ilə birgə baş çəkdiyi restoran söküləcək.

AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “Mail on Sunday” nəşri məlumat yayıb.
Ekspertlər hesab edirlər ki, Skripalın yaşadığı evi sökmək, orada “Noviçok” maddəsinin olub-olmadığını yoxlamaqdan iqtisadi baxımdan daha sərfəlidir.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.

AzVision.az


Teqlər: Skripal   Britaniya  





Xəbər lenti