İsrail Əsəd rejimini ittiham etdi: “Bu, cinayətdir”

İsrail Əsəd rejimini ittiham etdi: “Bu, cinayətdir”
  10 Aprel 2018    Oxunub:1059
İsrail Qərb ölkələri kimi Suriyanı kimyəvi silahlardan istifadə etməkdə ittiham edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail XİN-i bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, ötən həftə baş verən hücum rəsmi Dəməşqdə zəhərləyici maddələrin olduğunu və onun istehsalına davam edildiyini göstərir.

“Suriya rejimi qadağan olunan silahlardan istifadə etməklə insanlığa qarşı cinayət törətməyi davam edir. Suriya öz öhdəliklərini, həmçinin beynəlxalq birliyin müvafiq qərarlarını kobud şəkildə pozur”, - deyə İsrail XİN-in yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, Qərb ölkələrinin versiyasına əsasən, kimyəvi hücum aprelin 7-də Suriyanın paytaxtı yaxınlığında yerləşən Duma şəhərində baş verib. Rusiya isə bu məlumatları təkzib edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İsrail   Suriya   Rusiya  





Xəbər lenti