Aydın Mirzəzadə: “Yası teletamaşaya çevirmək olmaz”

Aydın Mirzəzadə: “Yası teletamaşaya çevirmək olmaz”
  05 Mart 2013    Oxunub:1701
Qadın yas məclisində kişinin şəkil və video çəkməsi adətlərimizə həqarətdir.
AzVision.az-ın məlumatına görə, bu sözləri YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. “Son bir həftədə iki əskərimizi itirməyimiz cəmiyyətə ağır təsir etdi. Bu itkilər tək bu iki ailənin itkisi olmayıb, ümumilikdə azərbaycan cəmiyyətinin itkisidir. Hər birimiz bu hadisələrə həssaslıqla yanaşdıq və təfərrüfatın axıracan və obyektiv araşdırılmasını gözləyirik.
Bu iki itkiyə, elə bundan əvvəlkilərə də dövlətin operativ reaksiya verməsi, yerli icra hakimiyyətlərinin ailələrə hərtərəfli yardımı diqqəti cəlb etdi. Hərbi prokurorluğun əməkdaşlarının iş başında olması və ilkn məlumatların verilməsi mətbuatda geniş işıqlandırıldı”-deyə, A.Mirzəzadə qeyd edib.

Millət vəkili yas mərasimləri ilə bağlı başqa bir məsələyə də toxunub. “Bu məsələlərdə mən hamının diqqətini bir məsələyə yönəltmək istədim. İnternet və televiziya ekranlarında, qəzet səhifələrində ortada cənazə ağlayan məclislərdə kişilərin foto və video çəkilişi etməsidir. Ta qədimdən Azərbaycan yas adətlərinə görə qadın yas məclislərinə kişilər, dəfn mərasimlərinə isə qadınların olmasına icazə verilmir. Belə düşünürəm ki, buna səbəb babalarımızın qadınların da, kişilərin də son borcunu rahat yerinə yetirməsini düşünmələri olub.

Ancaq son dövrlərdə əksər dəfn mərasimlərində qadın yas məclislərində kişilərin rahat oturmasını, hətta prosesin şəklini müxtəlif rakurslardan çəkilməsinin səbəblərini başa düşə bilmirəm. Məgər artıq yaslarda qadın-kişi fərqi götürülübmü, yoxsa yaxın zamanlarda daha modern və informasiya -kommunikasiya texnologiyalarına uyğun yas qaydalarının tətbiqi gözlənilir ?

Mən bunu el adətlərimizə təhqir və həqarət hesab edirəm. Min illərdən gələn adətləri kobudcasına müdaxilə etmək, yası teletamaşaya çevirməyi düzgün hesab etmirəm”-deyə, Milli Məclisin deputatı əlavə edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti