Sarkisyanın varisi ilk səfərini Moskvaya edəcək

Sarkisyanın varisi ilk səfərini Moskvaya edəcək
  10 Aprel 2018    Oxunub:957
Ermənistanın yeni prezidenti Armen Sarkisyan ölkə rəhbəri kimi ilk rəsmi səfərini Rusiyaya edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə A.Sarkisyan jurnalistlərə açıqlamasında bildirib.

Yeni prezident ilk səfərin Moskvaya olacağını təsdiqləsə də, vaxtın hələlik dəqiqləşmədiyini söyləyib: "Moskvaya Ermənistan prezidenti kimi səfər etməkdə maraqlıyam. Ənənəvi olaraq Ermənistan rəhbərləri ilk rəsmi səfərlərini məhz Moskvaya edirlər. Hazırda dəqiq tarix məlum deyil”.

AzVision.az


Teqlər: Ermənistan   Armen   Sarkisyan  





Xəbər lenti