Rusiyada üç böyük terror aktının qarşısı alınıb

Rusiyada üç böyük terror aktının qarşısı alınıb
  10 Aprel 2018    Oxunub:1280
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) mart ayında Saratovda yerləşən ticarət mərkəzlərindən birində terror aktının qarşısını alıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Milli Anti-terror komitəsinin direktoru Aleksandr Bortnikov bildirib.
Terror aktının təşkilatçıları əməliyyat zamanı məhv edilib. İŞİD üzvləri olan şəxslərdə silah və güclü trotil ekvivalentində olan təxminən 3 kiloqram partlayıcı qurğu aşkarlanıb.

Bundan əlavə, xüsusi xidmət orqanları Rusiyada prezident seçkiləri günü seçki məntəqələrində iki terror aktının qarşını alıblar. Terror aktlarından biri İnquşetiyada, digəri isə Başqırdıstanda törədilməli imiş.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Rusiya   Terror  



Xəbər lenti