Türkiyədən Lavrova cavab: "Afrində qalacağıq"

Türkiyədən Lavrova cavab: "Afrində qalacağıq"
  10 Aprel 2018    Oxunub:1831
Türkiyənin müdafiə naziri Nurettin Canikli Afrindəki son vəziyyətlə bağlı açıqlama verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müdafiə naziri Afrində terror təhlükəsinin davam etdiyini deyib. Nazir qeyd edib ki, işimiz bitənə qədər orda qalmağa davam edəcəyik.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Türkiyə Afrini Suriya hökumətinə təhvil verməlidir" fikrinə gəlincə, Canikli, bölgədəki terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəyik"- deyə cavab verib.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Nazir  





Xəbər lenti