Ərdoğan Lavrova cavab verdi: “Afrini kim verəcəyimizi bilirik”

Ərdoğan Lavrova cavab verdi: “Afrini kim verəcəyimizi bilirik”
  10 Aprel 2018    Oxunub:1876
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaraya Afrinə nəzarəti Dəməşqə verməsini təklif edən Rusiya XİN rəhbəri Sergey Lavrovu tənqid edib.

AzVision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Lavrovun yanaşması düzgün deyil. Biz Afrini kimə verəcəyimizi hamıdan yaxşı bilirik. Vaxtı çatanda biz Afrini onunun sakinlərinə verəcəyik”, - deyə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Lavrovun fikrincə, Moskva Türkiyənin Afrinə nəzarəti Suriya hökumətinə geri qaytaracağına ümid edir. Onun bu mövqeyi Türkiyə rəsmilərinin etirazına səbəb olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti