“İsrail bu hücuma görə cavab verəcək” – Rəsmi Tehran

  10 Aprel 2018    Oxunub : 1221
“İsrail bu hücuma görə cavab verəcək” – Rəsmi Tehran
İsrail Suriyada aviabazaya zərbələr endiyi üçün cavab verəcək.

AzVision.az “Al-Mayadeen” telekanalına istinadən xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.
Qeyd edək ki, Suriyanın şərqində, Homs vilayətində hökumət qüvvələrinə məxsus “T-4” aviabazası İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) raket hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumata görə, “F-15” tipli iki qırıcı aviabazaya 8 raket atıb. Onlardan üçü hədəfə çatıb, beşi isə vurulub. İnsident nəticəsində bir neçə iranlı müşavir həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İsrail   İran   Suriya