Tramp Suriyaya görə Latın Amerikasına getmədi

Tramp Suriyaya görə Latın Amerikasına getmədi
  10 Aprel 2018    Oxunub:1715
ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar Latın Amerikasına səfərini təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ağ ev yayıb. Qeyd olunub ki, Donald Tramp Latın Amerikasına səfərini ləğv edərək, Suriyaya veriləcək cavabı qiymətləndirmək üçün ölkəsində qalmaq barədə qərar qəbul edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şərqi Qutada mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edilməsinə sərt reaksiya verib. Tramp tvitterdən yaydığı açıqlamada dBəşər Əsədi təhdid edərək, onun böyük bir bədəl ödəyəcəyini bildirib.

Əsəd üçün ”heyvan” ifadəsini işlədədən Tramp, kimyəvi silah istifadəsində Rusiya və İranı da ittiham edib.

AzVision.az


Teqlər: ABŞ   Suriya   Rusiya  



Xəbər lenti