"Belə silah dünyanın heç bir ölkəsində yoxdur" - Putin

"Belə silah dünyanın heç bir ölkəsində yoxdur" - Putin
  10 Aprel 2018    Oxunub:2412
Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri dünyada analoqu olmayan yeni Rusiya silahının nümunəsinin hazırlanmasında iştirak ediblər.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Mərkəzin 75 illiyinə həsr olunmuş tədbirdə deyib.
“Yeni silahın hazırlanmasına onlarla müəssisə, mühəndis büroları və elmi mərkəzlər cəlb olunub. Onların arasında Kurçatov İnstitutu və akademik təşkilatlar da var”.

Putinin sözlərinə görə, belə silah dünyanın heç bir ölkəsində yoxdur.

AzVision.az


Teqlər: Rusiya   Putin   Silah  



Xəbər lenti