Hərbi təyyarə qəzaya düşdü: 247 cəsəd tapıldı (Yenilənib)

Hərbi təyyarə qəzaya düşdü: 247 cəsəd tapıldı (Yenilənib)
  11 Aprel 2018    Oxunub:2219
Əlcəzairin şimalında hərbi təyyarənin qəzaya uğradığı ərazidə indiyədək 247 cəsəd aşkarlanıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, “İl-76” təyyarəsində 250 nəfərin olduğu ehtimal edilir. Təyyarə bu gün səhər saatlarında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Qəzadan sağ çıxanların olmadığı bildirilir. Əlcəzair mülki müdafiə xidmətinin xüsusi bölmələri hadisə yerinə göndərilib. Hazırda qəza yerində 14 yanğın söndürən, 30 təcili yardım maşını və 300 xilasedici işləyir.

***
(12:43)

Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, "İl-76" tipli təyyarə yerli vaxtla saat 08:00-da Blida şəhəri yaxınlığında qəzaya düşüb.

Hadisə nəticəsində 200-dən çox insan həlak olub. Hadisə yerinə xeyli sayda xilasedici cəlb olunub. Qəzanın səbəbləri hələlil məlum deyil.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Əlcəzair   Təyyarə   Qəza  





Xəbər lenti