Parlamentdə Sarkisyana etiraz - Deputatlar fişəng yandırdı (VİDEO)

Parlamentdə Sarkisyana etiraz - Deputatlar fişəng yandırdı (VİDEO)
  11 Aprel 2018    Oxunub:4965
Ermənistan parlamentinin iclasında etiraz fişəngləri yandırılıb.

AzVision.az eməni mətbuatına istinadən xəbər verir ki, “Yelk” partiyasının üzvü, deputat Ararat Mirzoyan parlamentin kürsüsünə yaxınlaşaraq vətəndaşları aprelin 13-də keçiriləcək “Serji İnkar et” aksiyası üçün Azadlıq Meydanına çağırıb.
O, meydanda azadlıq məşəlini yandıracaqlarını dedikdən sonra əlindəki rəngli fişəngi alonlandırıb. Digər müxalifət təmsilçisi, deputat Lena Nazaryan da ona qoşulub. Qısa vaxtda parlamentin iclas zalını tüstü bürüyüb.

Vitse-spiker Eduard Şarmazanov iclasın təxirə salınması ilə bağlı deputatların təkliflərini rədd edib. Sonda tüstünün zaldan çıxması üçün qapılar açılıb.



Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   Parlament   Sarkisyan  





Xəbər lenti