Bağdadda terror qurbanlarının sayı 49 nəfərə çatdı

Bağdadda terror qurbanlarının sayı 49 nəfərə çatdı
  06 Oktyabr 2013    Oxunub:1165
Bağdadda terror qurbanlarının sayı iki dəfə artıb. 49 şiə zəvvar həlak olub.
İraqın paytaxtı Bağdad şəhərində terror aktı nəticəsində ən azı 49 şiə zəvvarı həlak olub, daha 70 nəfəri isə xəsarət alıb. AzVsison.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat verir.

Bundan öncə 24 nəfərin həlak olması və 50-dən çox yaralı barədə xəbər verilib.

Terror aktı Bağdadın şimalında şənbə günü baş verib. Terrorçuların hədəfi doqquzuncu şiə imamı Məhəmməd ət-Təkinin xatirəsini yad etmək üçün yerli ziyarətgaha doğru gedən zəvvarların karvanı olub.

İraqda gərginliyin artması sünni və şiələrin islam icmalarının ən böyük qarşıdurması ilə bağlıdır. Sünnilər Səddam Hüseynin hakimiyyəti zamanı İraqın dövlət qurumlarında hakim mövqe tutub, lakin ABŞ-ın silahlı müdaxiləsindən və Səddam Hüseynin devrilməsindən sonra şiələr sünniləri sıxışdırıblar. Onlar bir sıra mühüm dövlət vəzifələrini və daha nüfuzlu olan baş nazir postunu tutublar.


Teqlər:





Xəbər lenti