Trampdan Rusiyaya müharibə xəbərdarlığı: "Hazırlaş, raketlər gəlir"

Trampdan Rusiyaya müharibə xəbərdarlığı: "Hazırlaş, raketlər gəlir"
  11 Aprel 2018    Oxunub:1698
“Rusiya, hazır ol, raketlər gəlir”.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb. Tramp sosial şəbəkə vasitəsilə Rusiyaya xəbərdarlıq edib.

“Rusiya Suriyaya atacağımız bütün raketləri vuracağını söz verib. Hazır ol, Rusiya çünki gözəl, yeni və ağıllı raketlər gəlir. Rusiya insanları kimyəvi silah tətbiq edərək öldürən, bundan zövq alan vəhşi ilə (red - Bəşşar Əsəd rejimi) əməkdaşlıq etməməlidir” - deyə Tramp bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin ABŞ-ın Suriyaya atacağı istənilən raketin vurulacağını bildirib.

AzVision.az


Teqlər: Tramp   Rusiya   Putin   Suriya  





Xəbər lenti