Tramp Rusiyaya səsləndi: “Bəlkə silahlanma yarışını dayandırıq?”

Tramp Rusiyaya səsləndi: “Bəlkə silahlanma yarışını dayandırıq?”
  11 Aprel 2018    Oxunub:1320
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, hazırda Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlər “Soyuq müharibə” dövründəkindən də pisdir.

AzVision.az xəbər verir ki, bu barədə Tramp öz “Twitter” səhifəsində yazıb.
“Bizim Rusiya ilə münasibətlərimiz hazırda "soyuq müharibə" dövründəki münasibətlərdən də pisdir. Bunun üçün əsas yoxdur. Rusiya iqtisadiyyatının bizim köməyimizə ehtiyacı var. Bunu eləmək çox asandır və biz bütün ölkələrin birgə işləməsini istəyərdik. Bəlkə silahlanma yarışını dayandırıq?", - deyə Tramp qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Tramp  





Xəbər lenti