Qazaxda 3 nəfər minaya düşüb

Qazaxda 3 nəfər minaya düşüb
  06 Oktyabr 2013    Oxunub:1183
Qazax rayonunda 3 nəfər minaya düşüb. Bunlardan 2-si yaralı birinin taleyi haqda heç bir məlumat yoxdur.
Qazax rayonunda 3 azərbaycanlı minaya düşüb. AzVsison.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə bu gün səhər 04:00 radələrində Məzəm kəndi yaxınlığında təmas xəttində baş verib. Qazax sakini olan 3 kişi Məzəm gölünün üzərindən keçərək minaya düşüblər.

Bunlar 30 yaşlı Məhərrəmov Xəqani Məmməd oğlu, 40 yaşlı Cin ləqəbli Əliyev Əli Qədir oğlu və 35 yaşlı Vəliyev Vəzir Aşot oğludur.

Səhər saat 04:00 radələrində baş verən hadisə nəticəsində Əli Əliyev neytral zonada qalıb. Onun taleyi haqqında heç bir məlumat yoxdur. Vəzir Vəliyev bel nayihəsindən qəlpə yaraları aldığı üçün Qazax Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Digər şəxs isə heç bir xəsarət almayıb və hazırda dindirilir.

Hadisənin təfərrüatları və Qazax sakinlərinin adıçəkilən əraziyə nə üçün getdikləri araşdırılır.


Teqlər:





Xəbər lenti