Azərbaycandakı seçkilər xarici KİV-lərin diqqətində
“Euronews” kanalı da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı reportaj yayımlayıb. Reportajda Azərbaycanda prezidentliyə 8 namizədin qeydə alındığı vurğulanır. Bildirilir ki, ölkə üzrə seçicilərin sayı 5 milyondan çoxdur. Videoreportajda Azərbaycandakı seçkilərin həm ölkə, həm də region üçün əhəmiyyətindən bəhs olunur.
Eyni zamanda “Associated Press" Agentliyi Azərbaycanda prezident seçkiləri ilə bağlı yazı dərc edib. Məqalədə qeyd olunur ki, payıza planlaşdırılan prezident seçkiləri aprelə keçirilib. Rəsmilər deyir ki, bu dəyişiklik ölkənin 2018-ci ilin axırında yüksək səviyyəli tədbirlərlə ev sahibliyi edəcəyi ilə bağlıdır: "İlham Əliyev ölkəyə 2003-cü ildən rəhbərlik edir. Sorğular əhalinin 80 faizdən çoxunun onu dəstəklədiyini göstərir. 2013-cü ildə İlham Əliyev son seçkilərdə qalib gəldikdən sonra Azərbaycan Konstitusiyasına prezidentlik müddətinin 5 ildən 7 ilə kimi uzadılması barədə dəyişiklik edilib", - deyə məqalədə bildirilir.
"The New York" Times qəzeti və "Washingtonpost" nəşri isə “Associated Press" Agentliyinin dərc etdiyi məqaləni verib.
AzVision.az
Teqlər: Seçki Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


