Azərbaycanlıların Parisdə həmrəylik aksiyası keçirilib

Azərbaycanlıların Parisdə həmrəylik aksiyası keçirilib
  11 Aprel 2018    Oxunub:1815
Paris Azərbaycan Evinin təşkilatçılığı ilə soydaşlarımızın birlik və həmrəylik aksiyası keçirilib.
Paris Azərbaycan Evindən AzVision.az-a verilən məlumata görə, aksiyada “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.

Aksiyada çıxış edən Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, xaricdə yaşayıb ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı müstəqil ölkəmizin uğurları ilə qürur duymalıdır. Fransada yaşayan soydaşlarımız adından çıxış edən diaspor rəhbəri onları Azərbaycan dövlətinin maraqları uğrunda sıx birləşərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasında daha fəal olmağa çağırıb.

M. Fətəliyeva xaricdəki soydaşlarımızı informasiya əsrində daha diqqətli, daha operativ şəkildə tarixi vətənin mənafeləri uğrunda həmrəylik göstərməyə səsləyib. Aksiyada həmçinin, bu gün Azərbaycanın inkişafına qısqanclıqla yanaşan, ölkəmizin imicinə xələl gətirmək istəyən müəyyən dairələrin apardığı çirkin kampaniyaya qarşı etiraz bildirilib və bu qüvvələrin öz məqsədlərinə nail ola bilməyəcəklərini bəyan edilib.

Aksiyada Parisdə yaşayan 50 nəfərdən artıq soydaşımız iştirak edib.

AzVision.az


Teqlər: Paris   Həmrəylik   Aksiya  





Xəbər lenti