“Exit-poll”un nəticələri açıqlandı: İlham Əliyev liderdir - (Yenilənib+SİYAHI)

“Exit-poll”un nəticələri açıqlandı: İlham Əliyev liderdir - (Yenilənib+SİYAHI)
  12 Aprel 2018    Oxunub:17712
ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkətinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə prezident seçkiləri üzrə səsvermə zamanı keçirdiyi sorğunun (“exit-poll”) nəticələri açıqlanıb.
Sorğuda 14 min seçici iştirak edib. “Exit-poll”da iştirak edən seçicilərdən 85,57 faizə qədəri prezident İlham Əliyevə səs verdiklərini bildiriblər. Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə sıralanması belədir:

Qüdrət Həsənquliyev 2,96 faiz

Zahid Oruc 2,92 faiz

Sərdar Cəlaloğlu 2,48 faiz

Hafiz Hacıyev 1,76 faiz

Araz Əlizadə 1,42 faiz

Fərəc Quliyev 1,52 faiz

Razi Nurullayev 1,37 faiz.

Qeyd edək ki, "Exit-poll" 40 seçki dairəsində keçirilib.

***
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, 118 dairədə, 300 seçki məntəqəsində "exit-poll" aparılıb. Onun sözlərinə görə, seçici fəallığı gün ərzində 68,7 faiz olub.

"Exit-poll"­da iştirak edən seçic­ilərdən 82.71 faizi pr­ezident İlham Əliyevə­ səs verdiklərini bildiriblər.



“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un ilkin nəticələri:

İlham Əliyev – 82,71 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz

Sərdar Cəlaloğlu – 3,56 – faiz

Zahid Oruc – 3,37 faiz

Hafiz Hacıyev – 2,1 faiz

Araz Əlizadə - 1,87 faiz

Fərəc Quliyev – 1,33 faiz

Razi Nurullayev – 0,92 faiz

***


Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə 11 aprel prezident seçkilərində səs verənlər arasında keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Nəticələr belədir:

İlham Əliyev - 86.53%

Qüdrət Həsənquliyev - 3.10%

Zahid Oruc - 2.92%

Sərdar Cəlaloğlu - 2.81%

Hafiz Hacıyev - 1.73%

Araz Əlizadə - 1.21%

Fərəc Quliyev - 1.3%.

Razi Nurullayev - 0.67 %.

“Exit-poll” 118 seçki dairəsi üzrə 210 məntəqədə 11 min 495 nəfər arasında keçirilib.

***

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı "exit-poll"un nəticələrini açıqlayıb. Sorğu 48 seçki dairəsində, 350 seçki məntəqəsində aparılıb. Sorğuya əsasən seçici fəallığı 72,3 faiz təşkil edib.

"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un nəticələri aşağıdakı kimidir:

İlham Əliyev - 84.49%

Qüdrət Həsənquliyev - 3.72%

Zahid Oruc - 3.21%­­

Sərdar Cəlaloğlu - 3.04%

Araz Əlizadə - 1.65%­­

Hafiz Hacıyev - 1.57%­­

Fərəc Quliyev - 1.46 %.­

Razi Nurullayev - 0.86 ­%.

AzVision.az


Teqlər: Seçki   Exit-poll  





Xəbər lenti