ABŞ rəsmən müflisləşir

  06 Oktyabr 2013    Oxunub : 480
ABŞ rəsmən müflisləşir
Ölkənin 10 gün vaxtı qalıb
Birləşmiş Ştatlar dövlət borc limitini qaldırmasa, artıq 17 oktyabr tarixinə iflas edəcək. Bu xəbərdarlıq cümləsin Maliyyə Naziri Ceykob Lyu söyləyib.

AzVsison.az `İtar-Tass` agentliyinə istinadən xəbər verir ki, Ceykob deyib:`Əgər hökümət öz xərclərin ödəyə bilməsə, bu, faciə deməkdir`. Onun sözlərinə görə bu axrıncı dəfə baş vermiş 2001-ci il hadisələrindən də ağır nəticələr verə bilər. Üç həftə sonra Dövlət xəzinəsində 30 milyard dollar pul qalacaq. Lakin həmin ərəfədə dövlətin maliyyə öhdəlikləri 2 dəfə çox ola bilər.

Xatırladaq ki, keçən ilin may ayında ölkənin borc limiti 16,7 trilyon dollar müəyyənləşmişdi. Barak Obama yeni maliyyə böhranının qaçınılamaz olduğunu bildirib. `Əyər konqress dövlət borcunun limitin qaldırmasa, olkədə yeni maliyyə böhranı olacaq` deyə Obama bildirib. O deyib ki, əgər parlament 2014-cü maliyyə ili üçün oktyabrın 1-dən başlayan yeni büdcəni qəbul etməsə, hökümətin fəaliyyəti dayandırılacaq.

Bu arada ölkənin ayrı-ayrı şəhərləri artıq iflas etməyə başlayıb. 19 iyul tarixində Detroit məhkəməyə şəhəri iflas etməsi xahişi ilə müraciət edib. Belə ki, şəhər 18,5 milyard dollarlıq borcun ödəyə bilmir. Şəhər rəhbərliyi borcalanla hissə-sissə ödənməsi razılığına gələ bilmədiyindən, hazırda şəhər vətəndaşlarının üçdə bir hissəsi müflislikdən, beşdə bir hissəsi isə işsizlikdən əziyyət çəkir.

Detroitin ardınca Kaliforniya və Silikon vadisinin qeyri-rəsmi paytaxtı olan San-Xose iflas təhlükəsi altındadır. Büdcə defisitinin azaldılması üzrə hökümətin anti-böhran planı isə nəticəsiz olaraq xəzinəyə pul gətirmir. Bundan əlavə həmkarlar ittifaqı da bu plana qarşıdır.

Teqlər: