İvanişvili Saakaşviliyə görə üzr istədi
“Gürcüstan hökuməti ölkənin Avropa və Avroatlantik inteqrasiyası, ölkənin ərazi bütövlüyünün bərpası və regionda sülh və əmin-amanlığın bərpası yolunda səylərini davam etdirir. Avropa İttifaqı və NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi, dost Azərbaycan, Ermənistan, Türkiyə və Ukrayna ilə əlaqələrin möhkəmləndirilməsi və Rusiya ilə münasibətlərin qaydaya salınması bizim başlıca vəzifələrimizdəndir. Ancaq Gürcüstan prezidentinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz bəyənatları Gürcüstan hökumətinin siyasi kursuna ziddir. Bu bəyənatlar ölkəmizin beynəlxalq imicinə ziyan vurmaqla yanaşı ölkə daxilində də çoxsaylı problemlərin yaranmasına səbəb olur”.
“Bu bəyənatlara görə adı çəkilən dost ölkə rəhbərliklərinin və beynəlxalq təşkilatların xoşagəlməz vəziyyətlə üzləşməsindən dolayı dərin təəssüf hissi keçirir və Gürcüstan hökuməti adından üzr istəyirəm”,-deyə İvanişvili bildirib.
AzVision.az