Əli Əhmədov: `Növbəti 5 ildə...`
YAP rəsmisinin sözlərinə görə, təbii ki, 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatlar və siyasət böyük uğurlara gətirib çıxarıbsa, deməli, növbəti 5 il ərzində də bu siyasət əsas parametrləri ilə davam etdiriləcək: "Bütövlükdə, "İlhamla irəli" konsepsiyasının seçki şüarı kimi seçilməsi də elə bu məqsədə xidmət edir ki, növbəti 5 ildə də islahatlar davam etdirilsin. Yəni, bundan sonra da Azərbaycanın müsbət mənada, inkişaf əsasında, tərəqqi zəminində dəyişdirilməsi prosesi davam etdiriləcək. Bu, Azərbaycanın bir tərəfdən iqtisadi qüdrətinin artırılmasında ifadə olunacaq, digər tərəfdən, iqtisadi inkişaf zəminində Azərbaycanda sosial rifah səviyyəsinin daha da yüksəldilməsi ilə müşayiət olunacaq. Eyni zamanda, təbiidir ki, dövlətin gücünün, qüdrətin artırılması və digər göstəricilər üzrə Azərbaycanın daha da müasirləşməsi, modernləşdirilməsi xətti davam etdiriləcək".