“WhatsApp”, “Twitter” və “Facebook” yazışmaları izləniləcək

  12 Aprel 2018    Oxunub : 3310
“WhatsApp”, “Twitter” və “Facebook” yazışmaları izləniləcək
ABŞ “WhatsApp”, “Twitter”, “Facebook” və digər sosial şəbəkələr vasitəsilə istifadəçilərin bütün məlumatlarını, danışıqlarını qeydə alacaq.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, iddiaya əsasən, ABŞ bununla bağlı Avropa, Şimali Amerika və Cənubi Amerika ölkələrinin hökumətləri ilə razılığa gəlib.
ABŞ-da informasiya saxlama qurğuları ilə bütün telefon zənglərinin və “WhatsApp” vasitəsilə mesajların və zənglərin qeydə alınacağı, “Twitter”in nəzarətdə saxlanılacağı bildirilib. Bu gündən etibarən “Facebook”dakı məlumatlara nəzarət ediləcəyi, xüsusi proqramlar vasitəsilə bütün media və sosial forumların izlənəcəyi deyilir.

ABŞ tərəfindən bu addımın atılmasının terrorla mübarizə məqsədi daşıdığı deyilsə də, insanların şəxsi məlumatlarına baxılması mübahisələrə səbəb olub.

Aytən Zəhra
AzVision.az

Teqlər: WhatsApp   Twitter   Facebook