“Xalq İlham Əliyevin kursuna tam inanır” - Qırğızıstan prezidenti

“Xalq İlham Əliyevin kursuna tam inanır” - Qırğızıstan prezidenti
  12 Aprel 2018    Oxunub:1852
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycan respublikasının prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin! Sizin inamlı qələbəniz Azərbaycan xalqının prezidentin ölkənin sabit və hərtərəfli inkişafına yönəlmiş kursuna tam inanmasının göstəricisidir.

Əminəm ki, birgə səylərlə Qırğızıstan-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə və etimada əsaslanaraq daha da möhkəmlənəcək və dərinləşəcək. Fürsətdən istifadə edərək, hörmətli İlham Əliyev sizə möhkəm cansağlığı, səadət və fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Qırğızıstan  





Xəbər lenti