Qarabağda erməni komandirdən çirkin əməl: Gənc əsgəri dəfələrlə zorlayıb

Qarabağda erməni komandirdən çirkin əməl: Gənc əsgəri dəfələrlə zorlayıb
  12 Aprel 2018    Oxunub:15541
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşən qanunsuz hərbi birləşmənin komandiri yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış əsgəri dəfələrlə zorlayıb. AzVision.az xəbər verir ki, bu barədə “Forrights.am” portalına zorlanmış əsgərin anası danışıb.
Onun bildirdiyinə görə, yanvarın 15-də hərbi hissəyə aparılan oğlunu fevralın 3-də Ağdərədə andiçmə mərasimində görüb. Əsgər anasına yalvararaq onu buradan aparmağı xahiş edib. Oğlunun halından narahat olan qadın sonda vəziyyətdən xəbərdar olub. Belə ki, komandir əsgəri gecə yorğana bükərək döyüb və zorlayıb. Bundan sonra o, üç həftə ərzində əsgəri mütəmadi olaraq 4-5 dəfə zorlayıb.

Qadın dərhal hərbi hissə komandirinə baş verən hadisəni danışıb. Nəticədə Ermənistan İstintaq Komitəsinin üçüncü qarnizon istintaqı şöbəsi əsgərə cinsi təcavüzlə bağlı cinayət işi qaldırıb. İstintaqla müəyyən edilib ki, əsgər zorlanma qurbanı olub. Aparılan araşdırmadan sonra əsgəri zorlamış kapitan həbs edilib.

Ancaq sonradan zorlanmış əsgər Xankəndidə Ermənistan hərbi polisi tərəfindən saxlanılıb. Əsgəri zorlamış kapitan isə həbsdən azad edilərək hərbi xidmətə qaytarılıb. Bundan sonra zorlanan əsgərin anası Ermənistan müdafiə naziri Vigen Sarkisyana şikayət məktubu yazsa da, ona heç bir cavab verilməyib. Əksinə zorlanan əsgərə qarşı yalan ittihamı maddəsi ilə cinayət işi qaldırılıb. Qadın qeyd edib ki, oğlunu döyə-döyə ifadələri dəyişməyə vadar ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti