Zəvvarların səs verməsinə icazə verildi

Zəvvarların səs verməsinə icazə verildi
  06 Oktyabr 2013    Oxunub:893
Azərbaycanlı zəvvarların seçkidə iştirakına icazə verildi.
AzVsison.az xəbər verir ki, Səfir Rasim Rzayevin Səudiyyə Ərəbistanı tərəfilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Bu il Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların prezident seçkilərində iştirakına icazə verildi. Ölkəmizin Səudiyyə Ərəbistandakı səfiri Rasim Rzayevin Səudiyyə Ərəbistanı tərəfilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub. 3600 azərbaycanlı zəvvar Məkkədə səs verəcək. Səfirin ANS-ə verdiyi məlumata görə, o, özü də indi Məkkədədir. Bununla da, Məkkədə ilk dəfədir ki, Həcc ziyarəti zamanı səsvermə keçirilir.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiirləcək. Bu post uğrunda 10 namizəd mübarizə aparacaq. Prezidentlik uğrunda mübarizə aparan namizədlərin sabah son təşviqat günüdür. Seçki bülletenlərinin dairələrdən məntəqələrə paylanması prosesi artıq bu gün başa çatır.


Teqlər:





Xəbər lenti