Əli Kərimlini Masallıda sürpriz gözləyir
Şikayətçilər bildirmişdilər ki, özünü Masallı Ziyalılar Birliyinin sədri kimi təqdim edən Məmmədağa Eynullayev onlara rayonda keçirilən yığıncaqda iştirak etməyi təklfi edib və bünün müqabilində hər birinə 15 manat verəcəyini deyib.
Yığıncaqda iştirak edən fəhlələr iclasdan sonra pullarını tələb ediblər. Fəhlələrin hər birinə 5 manat verən M.Eynullayev bildirib ki, qalan 10 manatı da Bakıdan gələn qonaq - Fuad Qəhrəmanlı verəcək. Fəhlələr Fuad Qəhrəmanlının onara pul verəcəyini gözləsə də o, maşınına oturaraq Bakıya qayıdıb. Aldadıldıqlarını anlayan fəhlələr mətbuata müraciət edərək kömək istəmişdilər və məhkəməyə müraciət edəcəklərini bildirmişdilər.
Əldə edilən məlumata görə, məhkəmə çəkişməsində fəhlələr haqlı olduqlarını sübut edə biliblər. Məhkəmə aldadılmış fəhlələrin pulunun cavadeh şəxslər tərəfindən ödənilməsi barədə qərar çıxarıb. Amma məhkəmənin qərarına baxmayaraq fəhlələrin pulu hələ də ödənilməyib. Bu barədə virtualaz.org-a fəhlələr özləri məlumat veriblər.
Saytımızla əlaqə saxlayan və fəhlələrin adından danışdığını bildirən Sahib Rzayev AXCP sədri Əli Kərimliyə də ismarış göndərdi: “Eşitmişik ki, Milli Şura Masallıda mitinq keçirmək istəyir. Deyilənlərə görə, Əli Kərimli də Masallıya gəlmək fikirindədir. Xahiş edirik, saytınız vasitəsilə ona çatdırın ki, biz qohumlarımızla, yaxınlarımızla birgə Əli Kərimlini Masallıda səbirsizliklə gözləyirik. Gələndə bizm borcumuzu da gətirsin”.
Sahib Rzayev onu da bildirib ki, artıq Masallıda həmin mitinq üçün pulla adam yığmağa başlayıblar: “Yenə də fəhlələrə mitinqdə iştirak etmək üçün pul vəd edirlər. Bunlar bizi bir dəfə aldadıblar. Əvvəlcə gətirib bizim pulumuzu versinlər, sonra mitinq üçün pul paylayarlar”.
Teqlər: