Rusiya XİN Qərbin Azərbaycana qarşı qərəzli mövqeyini pislədi

Rusiya XİN Qərbin Azərbaycana qarşı qərəzli mövqeyini pislədi
  12 Aprel 2018    Oxunub:3309
"Qərbdəki bir sıra siyasi qüvvələrin Azərbaycandakı seçkilərə münasibətdə mənfi rəyi seçkilərə qədər də müşahidə olunurdu"
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycandakı seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib: "Bu faktdır. Onların hamısının öz fikrini ifadə etmək hüququ var. Lakin biz yaxşı başa düşürdük və deyirdik ki, Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı hələ seçkilərdən əvvəl mənfi rəy formalaşdırıb. Biz, seçkilərlə bağlı belə münasibəti, qərəzli və öncədən hazırlanmış yanaşmanı Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də müşahidə edirik".

AzVision.az


Teqlər:





Xəbər lenti