“Keşlə” və “Neftçi” kuboka qələbə ilə başladı

“Keşlə” və “Neftçi” kuboka qələbə ilə başladı
  13 Aprel 2018    Oxunub:1561
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
AzVision.az xəbər verir ki, ilk oyunda “Keşlə” “İnter Arena”da “Səbail” klubunu qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

“Qəbələ” komandası isə doğma meydanda “Neftçiyə 1:2 hesabı ilə məğlub olub. Bununla da “Keşlə” və “Neftçi” Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsində qələbə qazanmaqla cavab qarşılaşmaları üçün sərfəli nəticə əldə ediblər.

AzVision.az


Teqlər: Neftçi   Keşlə  





Xəbər lenti