Navaz Şərif ömürlük siyasətdən uzaqlaşdırıldı

Navaz Şərif ömürlük siyasətdən uzaqlaşdırıldı
  13 Aprel 2018    Oxunub:1539
Pakistanın Ali Məhkəməsi ölkənin sabiq baş naziri Navaz Şərifin ömürlük siyasətdən uzaqlaşdırılması barədə qərar çıxarıb.
AzVision.az Pakistanın “Dawn” nəşrinə istinadən xəbər verir ki, məhkəmə qərarı sessiyada iştirak edən beş hakim tərəfindən yekdilliklə qəbul olunub.

Daha əvvəl isə Pakistan Ali Məhkəməsi Navaz Şərifi “Pakistan Müsəlman Liqası” partiyasının sədri vəzifəsindən uzaqlaşdırıb.

Qeyd edək ki, Navaz Şərif ötən ilin iyulunda korrupsiyada ittiham olunaraq baş nazir vəzifəsindən azad edilib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Pakistan   Navaz-Şərif  





Xəbər lenti