Trampın Suriyanı vurmamasının səbəbi – Gizli görüş keçirildi
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri rəsmi mənbələrinə istinadən məlumat yayıb.
Məlumatlara əsasən, iclas zamanı Mettis Trampa Dumaya mümkün kimyəvi silah hücumunda Suriya prezidenti Bəşər Əsədin günahkar olduğunu sübut etmək üçün daha əsaslı sübutları gözləməyə məsləhət görüb.
Pentaqon rəhbəri öz mövqeyini ortaya qoyduqdan bir neçə saat sonra Ağ Ev nümayəndəsi Sara Sanders bildirib ki, prezidentin təhlükəsizlik üzrə müşavirləri ilə görüş zamanı Suriyaya zərbə endirmək qərarı verilməyib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: ABŞ Pentaqon Rusiya Suriya