Əsəd: "Qərb "Əl Qaidə"yə məndən çox inanır"
Suriya lideri ABŞ prezidenti Barak Obamanıda yalan danışmaqda ittiham edib. O, "əlindəki tək şey yalandır" deyə bildirib. Rusiyanı isə dost dövlət olaraq görə Əsəd, Moskvanın ölkəsindəki gerçəkləri daha yaxşı anladığını deyib.
Bəşər Əsəd Almaniyadan olan jurnalistlərin 2014-cü ildə keçiriləcək seçkiyə qatılıb qatılmayacağı barədə sualını da cavablandırıb. "İndi bu mövzuda heç nə deyə bilmərəm. Amma xalqın arxamda olmadığını görsəm namizəd olmaram. Hər insan xəta edə bilər. Dövlət başçılarıda xəta edə bilər. Heç kim "hər şeyi onlar etdi, biz heç nə etmədik" deyə bilməz".
Müxalifətlə dialoqa hazırsınızmı sualına isə “Silahlı qüvvələri siyasi müxalifət adlandırmaq olmaz, onlar silahların yerə qoysalar dialoq haqda danışmaq olar” deyə cavab verib.
Müsahibənin sonunda o zəfərə nail olacağına əmin olduğunu deyib. "Canımdan qorxsaydım çoxdan Suriyadan gedərdim".
Teqlər: