İrəvanda tələbələr Sarkisyana qarşı etiraza qalxdı

İrəvanda tələbələr Sarkisyana qarşı etiraza qalxdı
  13 Aprel 2018    Oxunub:1807
İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarkisyana qarşı etiraz aksiyası keçirib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tələbələr Sarkisyanın baş nazir olmaq istəyinə qarşı çıxıb, bunun əleyhinə şüarlar səsləndiriblər. Gənclər, bundan əlavə hamını bu gün saat 18:30-da Azadlıq meydanına toplaşmaya çağırıblar.
Etirazçılar universitetin binasına daxil olaraq elmi şura zalının qapılarına "Serjiki inkar et", "Mənim addımım" şüarları yazılan vərəqlər yapışdırıblar.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Tələbə   Etiraz  





Xəbər lenti