Rusiya Skripala görə gürcü diplomatı ölkədən qovdu

Rusiya Skripala görə gürcü diplomatı ölkədən qovdu
  13 Aprel 2018    Oxunub:2002
Rəsmi Moskva İsveçrənin Rusiyadakı səfirliyində Gürcüstanın maraqları seksiyasının əməkdaşını persona non qrata elan edib.

AzVision.az RİA Novosti”yə istinadən xəbər verir ki, ona Rusiyanı tərk etmək üçün 7 gün vaxt verilib.
“Gürcüstan tərəfinin “Skripal işi” üzrə Böyük Britaniyanın ölkəmizə qarşı sübutsuz ittihamları ilə bağlı İsveçrənin Gürcüstandakı səfirliyində Rusiyanın maraqları seksiyasının əməkdaşını çıxarmaq barədə əsassız qərarına cavab olaraq Rusiya tərəfi İsveçrənin Rusiyadakı səfirliyində Gürcüstanın maraqları seksiyasının əməkdaşını persona non qrata elan edib. O, 7 gün ərzində Rusiya ərazisni tərk etməlidir. Bununla bağlı müvafiq nota İsveçrənin Rusiyadakı müvəqqəti işlər üzvə müvəkkili Patrik Frençena təqdim olunub”, - deyə Rusiya XİN-in yaydığı bəynatda bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Gürcüstan  



Xəbər lenti