Soyqırımın 100 illiyi ilə bağlı elmi konfrans keçiriləcək

Soyqırımın 100 illiyi ilə bağlı elmi konfrans keçiriləcək
  14 Aprel 2018    Oxunub:2212
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, aprelin 25-dən 29-dək Qusar şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşki­lat­çılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutundan verilən məlumata görə, konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:

I. XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları – 1) 1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar; 2) 1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları; 3) 1948-1953-cü illərdə azər­baycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən de­portasiyası; 4) 1988-1991-ci illərdə azər­baycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən depor­tasi­yasının başa çatdırılması; 5) 1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Er­mənistan tərə­findən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr;

II. 1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları;

III. XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar.

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və qonaqlama xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.

Ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu. Telefonlar: (+994 12) 539-36-15; (+994 12) 539-36-19, Mob.: (+994 50) 327-41-64; (+994 50) 614-54-23.

AzVision.az


Teqlər: AMEA   Tarix-İnstitutu  





Xəbər lenti