“Beşiktaş” yenidən liderliyi ələ keçirdi

“Beşiktaş” yenidən liderliyi ələ keçirdi
  14 Aprel 2018    Oxunub:2048
Türkiyə Super Liqasının növbəti oyunları keçirilib. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Beşiktaş” səfərdə “Akhisar” ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda son çempion “Beşiktaş” böyük hesabla qələbə qazanıb. "Qara qartal"lar rəqibin qapısına 3 cavabsız qol vuraraq aktivlərinə 3 xal əlavə ediblər.

Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran “Beşiktaş” “Qalatasaray” və “Başakşehir”i qabaqlayaraq turnir cədvəlində liderliyə yüksəlib.

AzVision.az


Teqlər: Beşiktaş  





Xəbər lenti