Milyarderlər siyahısında olan 3 azərbaycanlı
İkinci yerdə 67 milyard dollarlıq sərvətlə “Microsoft”un yaradıcısı 57 yaşlı Bill Qeyts qərarlaşıb
Son 14 ildə ilk dəfədir ki, məşhur amerikalı maliyyəçi Buffet birinci 3-lüyə düşə bilməyib. Onun yerinə, üçüncü yerdə Amansio Orteqa sahiblənib – 57 milyard dollar.
Zara paltar satışı şəbəkəsinin sahibi Orteqa bir ildə ən çox qazanan adamdır – o, bir ilə 19,5 milyard qazanıb.
Forbes jurnalının 2013-cü il milyarderləri siyahısında 1426 adamın adı var. Keçən illə müqayisədə əlavə 210 adam milyarder olub.
Milyarderlərin 442-si Amerikadan, 386-sı Asiyadadan, 366-sı Avropadan, 129-u Mərkəzi və Cənubi Amerikada, 103-ü isə Yaxın Şərq və Afrikadandır.
Rusiyada 110 milyarder var. Azərbaycanlı milyarder , “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov 14,8 milyardla “Forbes” jurnalının tərtib etdiyi reytinqin 55-ci pilləsində qərarlaşıb.
Araz Ağalarovun var-dövləti 1,8 milyard dollar qiymətləndirilib. O, dünya reytinqində 831-ci yerdədir.
227 gəmisi olan Palmalı şirkətinin sahibi, azərbaycanlı iş adamı Mübariz Qurbanoğlu Türkiyə milyarderləri sırasındadır. Jurnal dünya milyarderləri arasında 1175-ci olan Mənsimovun var-dövlətini 1,2 milyard dollarla qiymətləndirib.