“Məqsədimiz Əsəd rejimini dəyişdirmək deyil” – Britaniya baş naziri

  14 Aprel 2018    Oxunub : 656
“Məqsədimiz Əsəd rejimini dəyişdirmək deyil” – Britaniya baş naziri
Suriyada başlanan hərbi əməliyyat Əsəd rejiminin dəyişdirilməsinə yönəlməyib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey Suriyada əməliyyatların başlaması ilə bağlı bəyanatında bildirib.
ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada başladılan hərbi əməliyyatlar ölkədə rejimin dəyişdirilməsinə yönəlməyib . Bu, həmçinin digər ölkələrə kimyəvi silahdan istifadənin cəzasız qalmayacağına dair bir siqnaldır”, - deyə Mey vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Britaniya   Tereza-Mey   Suriya