ABŞ, Böyük Britaniya və Fransa Suriyaya 100-dən çox raket atıb - VİDEO

ABŞ, Böyük Britaniya və Fransa Suriyaya 100-dən çox raket atıb - VİDEO
  14 Aprel 2018    Oxunub:11415
ABŞ, Böyük Britaniya və Fransa Suriyadakı obyektlərə 100-dən çox qanadlı raket və “hava-yer” tipli raketlər atıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Suriya Ərəb Respublikasında hərbi və mülki obyektlərə ABŞ, Böyük Britaniya və Fransaya məxsus hava və dəniz daşıyıcıları tərəfindən 100-dən çox qanadlı raket və “hava-yer” tipli raketlər atılıb”, - deyə nazirlik bəyan edib.

Müdafiə Nazirliyi, həmçinin qeyd edib ki, ABŞ, Böyük Britaniya və Fransa tərəfindən atılan raketlərdən heç biri Rusiyanın Suriyada hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşıdığı zonaya düşməyib.

Rusiya MN bəyan edib ki, Suriya ordusu koalisiyanın atdiği raketlərin böyük əksəriyyətini havada zərərsizləşdirilib. İlkin məlumatlara görə, hücumlar zamanı 3 nəfər yaralanıb.

Qeyd edək ki, internetdə Dəməşqə endirilən raket zərbələrinin görüntüləri yayılıb.





Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Suriya   ABŞ  





Xəbər lenti