“Heç kim Putini təhqir edə bilməz” – Rus səfir ABŞ-ı hədələdi

“Heç kim Putini təhqir edə bilməz” – Rus səfir ABŞ-ı hədələdi
  14 Aprel 2018    Oxunub:2877
"ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə endirdikləri zərbələr cavabsız qalmayacaq"

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
“Ən pis gözləntilər özünü doğrultdu. Bizim xəbərdarlıqlarımız diqqətdən kənarda qaldı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və bizi yenə təhdid edirlər. Biz xəbərdar etmişdik ki, belə hərəkətlər nəticəsiz qalmayacaq”, - deyə Rusiya səfiri qeyd edib.

Antonovun sözlərinə görə, baş verənlərə görə bütün məsuliyyəti Vaşinqton, London və Paris daşıyır: “Rusiya prezidentinin təhqir edilməsi yolverilməz və qəbuledilməzdir. Dünyanın ən böyük kimyəvi silah arsenalına malik ABŞ digər ölkələri ittiham etmək üçün heç bir mənəvi hüquqa malik deyil”.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Rusiya   Səfir   ABŞ   Suriya  





Xəbər lenti