Türkiyə Suriyaya qarşı əməliyyatları dəstəklədi

Türkiyə Suriyaya qarşı əməliyyatları dəstəklədi
  14 Aprel 2018    Oxunub:3023
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya endirilən hərbi zərbələrə münasibət bildirib.
AzVision.az xəbər verir ki, rəsmi açıqlamada Ankaranın ABŞ, İngiltərə və Fransanın Suriya rejiminə qarşı keçirdiyi əməliyyatı vaxtında atılan addım kimi gördüyü və bunu məmnunluqla qarşıladığı qeyd olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib.Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib.

ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.

AzVision.az



Teqlər: Türkiyə   Suriya   ABŞ  





Xəbər lenti