“Bunun ağır nəticələri olacaq” - İran XİN-dən xəbərdarlıq

“Bunun ağır nəticələri olacaq”  - İran XİN-dən xəbərdarlıq
  14 Aprel 2018    Oxunub:1690
Rəsmi Tehran ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbələrini sərt şəkildə pisləyib və bu təcavüzün bütün region üçün neqativ nəticələrinin olacağına dair xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran XİN-i dünya birliyini bu hücumu pisləməyə və təcavüzə qarşı birg' mübarizə aparmağa çağırıb.
Nazirlik qeyd edib ki, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti