Rusiyada beş erməninin meyiti tapıldı

Rusiyada beş erməninin meyiti tapıldı
  14 Aprel 2018    Oxunub:2589
Rusiyada kanalizasiya quyusunda işləyən beş Ermənistan vətəndaşı ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının FHN xilasetmə xidməti məlumat yayıb. Qeyd olunub ki, Ufa şəhərində kanalizasiya quyusunda işləyən zamanı Kamo Petrosyan (1983-ci il təvəllüdlü) Merujan Afanikov (1962-ci il təvəllüdlü), Surik Afanikov (1981-ci il təvəllüdlü), Robert Akopyan (1962-ci il təvəllüdlü) və Rafiq Qriqoryan (1989-ci il təvəllüdlü, Rusiya vətəndaşı) həlak olub.

Robert Melkonyan isə (1973-ci il təvəllüdlü) Ufa şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Onların hansı səbəbdən öldüyü barədə məlumat açıqlanmayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  



Xəbər lenti