Şoyqu Suriyadakı vəziyyəti Putinə məruzə edir

Şoyqu Suriyadakı vəziyyəti Putinə məruzə edir
  14 Aprel 2018    Oxunub:1512
Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyadakı operativ vəziyyətlə bağlı ölkə prezidenti Vladimir Putinə məruzə edir.
AzVision.az “Rossiya 24”-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib.Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib.

ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti