“Suriyaya atılan 103 raketdən 71-i vurulub” - Müdafiə Nazirliyi

“Suriyaya atılan 103 raketdən 71-i vurulub” - Müdafiə Nazirliyi
  14 Aprel 2018    Oxunub:7324
Suriya hava hücumundan müdafiə vasitələri ölkə ərazisinə buraxılan 103 qanadlı raketdən 71-ni vurub.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş operativ idarəsinin rəisi, general-polkovnik Sergey Rudkoy bildirib.
O, həmçinin qeyd edib ki, dinc əhali və Suriya ordusunun hərbçiləri arasında itki yoxdur: “ABŞ və müttəfiqləri tərəfindən Suriyaya qarşı endirilən zərbələr bu ölkənin beynəlxalq terrorizmə qarşı uğuruna reaksiyadır”.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib. Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib. ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:





Xəbər lenti