“Trampın dedikləri açıq yalandır” – İranın dini lideri

“Trampın dedikləri açıq yalandır” – İranın dini lideri
  14 Aprel 2018    Oxunub:2715
Prezident Donald Trampın ABŞ-ın İŞİD terror təşkilatını məğlubiyyətə uğratması barədə dedikləri yalandır.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneyi bildirib.
“Dünən İŞİD-i açıq və ya gizli formada dətsəkləyənlər, bu gün onlarla mübarizə apardıqlarını və onları məğlub etdiklərini deyirlər. Bu, həqiqət deyil, açıq yalandır”, - deyə İranın dini lideri vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib. Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib. ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran   ABŞ  



Xəbər lenti