“Suriyaya yeni zərbələr vurulmayacaq” – Fransa XİN

  14 Aprel 2018    Oxunub : 1254
“Suriyaya yeni zərbələr vurulmayacaq” – Fransa XİN
Fransa xarici işlər naziri Jan-İv Le Drian bəyan edib ki, Suriyaya zərbələrin ikinci fazası olmayacaq.

AzVision.az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
“Birinci faza yoxdur. Yalnız bir faza var. Hədəf qoyulan bütün məqsədlərə nail olunub. Hədəflər Bəşər Əsəd rejiminin gizli kimyəvi silah ehtiyatları idi. Bütün hədəflər vurulub”, - deyə Le Drian qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, əgər “qırmızı xətt” yenidən pozularsa, ona yeni müdaxilə mümkündür: “Lakin düşünürəm ki, dərs anlaşılıb”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib. Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub. Gecə saatlarından başlayaraq Suriyanın paytaxtına raket zərbələri endirilib. ABŞ prezidenti çıxışında hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə vurulduğunu bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   ABŞ   Rusiya   Suriya