Hərbi maşın qəzaya uğrayıb, 1 hərbiçi ölüb

Hərbi maşın qəzaya uğrayıb, 1 hərbiçi ölüb
  07 Oktyabr 2013    Oxunub:2642
Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə yuvarlanıb.

Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov yerindəcə keçinib.

Maşında olan əsgər İlkin Orucov isə müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti