Ərdoğan Tereza Meylə Suriyanı müzakirə edib

  14 Aprel 2018    Oxunub : 484
Ərdoğan Tereza Meylə Suriyanı müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, danışıq zamanı Suriyadakı son vəziyyət müzakirə olunub.

T.Mey Ərdoğana Suriyaya son hücumlarla bağlı məlumat verib. Türkiyə prezidenti kimyəvi silahlardan istifadənin yolverilməz olduğunu deyib.

Ərdoğan, həmçinin Əsəd rejiminin kimyəvi silahlardan istifadə etməklə insanlara etdiyi zülmün dayandırılmasının vacibliyindən söz açıb, Suriya xalqının sülh şəraitində yaşamalı olduğunu və bunun yalnız siyasi yolla mümkünlüyünü diqqətə çatdırıb.

AzVision.az

Teqlər: Prezident   Türkiyə