Dünya şöhrətli rejissor vəfat edib

Dünya şöhrətli rejissor vəfat edib
  14 Aprel 2018    Oxunub:1186
Dünya şöhrətli rejissor, Oskar mükafatı laureatı Miloş Forman vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Miloş Forman 1932-ci ildə Çexoslovakiyada anadan olub. Sovet qoşunlarının müdaxiləsindən sonra ölkəni tərk edərək Fransaya mühacirət edib. Sonra isə ABŞ-a köçüb. Məşhur rejissor "Ququ quşu yuvası üzərindən uçarkən”, “Amadey”, “Ayda adam”, “İnamı qoruyun”, “Xalq Lerri Flintə qarşı” və s. filmlərin müəllifidir.

Miloş Formanın “Ququ quşu yuvasının üzərindən uçarkən” filmi Ken Kizinin eyniadlı romanı əsasında 1975-ci ildə ekranlara çıxıb. Baş rollarda Cek Nikolson və Luiza Fletçerin çəkildiyi film 5 “Oskar” və “Qızıl qlobus”un 5 əsas mükafatını qazanıb. Ekran işi Amerika kinematoqrafiyasının “yeni dalğa”sında vacib hadisə adlandırılıb.

AzVision.az


Teqlər: OSCAR  





Xəbər lenti